sağlam qidalanma və sağlam orqanik sneklər haqqında suallar fitdiet

FAQ
Bizə ən çox verilən suallar burada öz cavabını tapır
Sual:
FitDiet nədir?
Cavab:
FitDiet - sağlam və rahat sneklər istehsal edən ilk Azərbaycan brendidir. Biz olduqca sadə və aydın tərkibi olan, dadlı və sağlam bir məhsul istehsal edirik.
Sual:
Məhsullarınızı satmaq istəyirəm. Korporativ müştəri necə ola bilərəm?
Cavab:
Bizim korporativ müştərimiz olmaq üçün saytın "Əlaqə" hissəsində məlumatları doldurub bizə göndərmək kifayət edir. Məlumatları doldurduqda "Mən korporativ müştəri olmaq istəyirəm" hissəsini işarələməyi unutmayın. Satış komandamız sizinlə əlaqə saxlayacaq və ətraflı məlumatları müzakirə edəcək. (müraciət et)
Sual:
Sizin məhsullar sertifikatlaşdırılıb?
Cavab:
Bəli! Biz FitDiet MMC olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılmışıq.
Çıxarışın qeydiyyat nömrəsi: 1901080088
Sual:
Məhsullarda şəkər var?
Cavab:
Xeyr. Şirkətin istehsal etdiyi heç bir məhsulun tərkibində ağ şəkər və yaxud ağ şəkərin əvəzediciləri istifadə edilmir.
Sual:
Bu məhsullar arıqlama üçün istifadə edilə bilər?
Cavab:
Xeyr. Bu, sağlam həyat tərzi sürən insanlar üçün nəzərdə tutulmuş, orqanik və yüksək qidalandırıcı maddələrlə zəngin məhsullardır.
Sual:
Şəkər (diabet) xəstələri bu məhsulları istifadə edə bilər?
Cavab:
Biz şəkər (diabet) xəstələri üçün yeni məhsullar hazırlayırıq. Lakin hal-hazırda təklif edilən məhsullar şəkər (diabet) xəstələri tərəfindən çox az miqdarda istifadə edilməlidir.
Sual:
Sizin məhsulları uşaqlara vermək olar?
Cavab:
Bəli olar. Lakin valideynlər məhsulların istifadə miqdarını daim nəzarətdə saxlamalıdır.
Sual:
Məhsulların istifadə müddəti nə qədərdir?
Cavab:
Məhsullar 45 gün ərzində istifadə edilməlidir. Lakin dad göstəricilərini itirməmək məqsədi ilə biz 30 gün ərzində məhsulları istifadə etməyi məsləhət görürük.
Sual:
Sizdə çatdırılma var?
Cavab:
Bəli var. Bakı şəhəri daxilində minimal sifariş 15 AZN-dən çox olmaqla çatdırılma pulsuzdur. Və xeyr, 14.60 AZN sifariş edib çatdırılmanın pulsuz olması üçün 15 AZN ödəniş etmək olmaz.
Bizimlə əlaqə
Bizə hələdə sualınız var? Buyurun yazın
+994 55 708 60 18
info@fitdiet.az
Səməd Vurğun küç. ev 49, Bakı 1030
Write Close
Close
Bizə mesaj yazın
WhatsApp
Messenger
Mail